Azərbaycan və Çexiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

30 Mart 2023 23:11 (UTC+04:00)

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Çexiya xarici işlər nazirinin müavini Yaroslav Kurfurst arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. SİA xəbər verir ki, bu barədə Çexiyanın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində bildirilib.