Rus evinin kinoklubunda “Amfibiya adam” filminin müzakirələri olub

30 Mart 2023 22:28 (UTC+04:00)

Rus evinin kinoklubu çərçivəsində çəkilişləri Bakıda keçirilmiş “Amfibiya adam” sovet bədii filminin müzakirələri olub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, müzakirələrdə gənclər təşkilatları və mədəniyyət müəssisələrinin nümayəndələri iştirak ediblər.

Müzakirələrdə qeyd olunub ki, “Amfibiya adam” filmi üzərində aparılan işlər həm onun yaradıcıları, həm də artistlər üçün əsl sınaq olub. Yaradıcı heyətin sərəncamında yalnız suda və dərinlikdə çəkilişlər üçün köhnəlmiş texnika vardı. Lakin bu, dünya kinematoqrafı tarixinə daxil edilən bir filmin ərsəyə gəlməsinə əngəl olmayıb.