Rusiya vilayətinin sakinləri qarayara qarşı peyvənd olunurlar

30 Mart 2023 21:12 (UTC+04:00)

Rusiya Federasiysının Çuvaşiya Respublikasında yerləşən Staroe Aktaşevo kəndinin sakinləri qarayaraya qarşı peyvənd olunmağa başlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Tsivil Mərkəzi Rayon Xəstəxanasının açıqlamasında mart ayının əvvəllərindən qarayaraya xəstəliyinin bu ərazidə aşkarlandığı bildirilir.

Verilən məlumata görə, kəndə gələn səyyar feldşer-mama məntəqəsinin tibb işçiləri, yerli heyvandarlıq kompleksinin işçilərini peyvənd edib.

Qeyd edilir ki, hazırda heyvandarlıqla məşğul olan bütün işçilər risk altındadırlar.

Ağasəf Babayev