Macarıstan Prezidenti Türkiyədə səfərdədir

30 Mart 2023 20:45 (UTC+04:00)

Türkiyədə rəsmi səfərdə olan Macarıstan Prezidenti Katalin Novak zəlzələ nəticəsində zərər görən Adana şəhərinə gedib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Katalin Novak paytaxt Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ilə keçirdiyi görüşdən sonra nümayəndə heyətləri arasında baş tutan görüşə də qatılıb.
Macarıstan Prezidenti daha sonra özəl təyyarə ilə Adanaya səfər edib.
Katalin Novakı səfər çərçivəsində Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Derya Yanık müşayiət edib. Macarıstan Prezidentini İncirlik Hava Bazasında Adana valisi Süleyman Elban qarşılayıb.
Qeyd edək ki, Türkiyəyə rəsmi səfər edən Katalin Novak dünən Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.