Məbəddə baş verən bədbəxt hadisə nəticəsində 13 nəfər ölüb

30 Mart 2023 19:52 (UTC+04:00)

Hindistanın Madhya Pradeş ştatında məbəddə döşəmənin çökməsi nəticəsində azı 13 nəfər ölüb, bir neçə zəvvar yaralanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə İndor şəhərindəki mağara məbəddə baş verib. Təxminən 30 nəfərin üzərində dayandığı döşəmənin çökməsi nəticəsində zəvvarlar quyuya düşüblər. Hadisədə xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən 10-u qadındır. Bir neçə nəfər, o cümlədən bir uşaq itkin hesab olunur.

Hazırda axtarış işləri davam edir.