İsrailin hava yolu şirkəti Türkiyəyə uçuşları bərpa edib

30 Mart 2023 19:56 (UTC+04:00)

İsrailin bayraq daşıyıcısı "El Al" hava yolu şirkətinin türəməsi olan "Sun d'Or" Təl-Əviv-İstanbul reysi ilə 16 illik fasilədən sonra Türkiyəyə uçuşları bərpa edib. SİA-nın əldə etdiyi məlumata görə, ölkənin hava yolu şirkətləri ilə 16 ildən sonra ilk uçuşu çərçivəsində Təl-Əvivdən 172 sərnişinlə havaya qalxan təyyarə İstanbul Hava Limanına eniş edib.

Qeyd edək ki, İsrail hava yolu şirkəti əməliyyat xərclərinə görə 2007-ci ildə Türkiyəyə uçuşları dayandırıb.