Yunanıstanın müdafiə naziri Türkiyəyə səfərə gələcək

30 Mart 2023 19:05 (UTC+04:00)

Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Türkiyəyə gələcək.

SİA-nın Milli Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, Panagiotopoulos Akarın dəvəti ilə aprelin 4-də Türkiyənin Hatay şəhərində olacaq.

İki həmkar fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Hatay şəhərinə baş çəkəcək, daha sonra təkbətək görüş keçirəcəklər.

Qeyd edək ki, Akar və Panagiotopoulos martın 9-da telefon danışığında iki ölkə arasında mehriban qonşuluq münasibətlərinə əsaslanan gündəmin hazırlanması ilə bağlı razılığa gəliblər.