Macarıstan Rusiya üçün qeyri-dost ölkə kimi təsnif edilir

30 Mart 2023 17:24 (UTC+04:00)

Macarıstan Avropa İttifaqının Moskvaya qarşı bütün sanksiyalarına qoşulduğu üçün Rusiyaya qarşı dost olmayan ölkə kimi təsnif edilir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Rusiyanın Budapeştdəki səfiri Yevgeni Stanislavov deyib.

Rusiyalı diplomata görə, Macarıstan Avropa İttifaqının anti-Rusiya sanksiyalarına ciddi şəkildə əməl etməyə məcburdur. Ancaq indi Rusiya dost olmayan dövlət kimi ona qarşı cavab tədbirləri görə bilər.

Stanislavovun sözlərinə görə, sanksiyalar Rusiya ilə Macarıstan arasında əməkdaşlığın bütün sahələrinə getdikcə daha çox mənfi təsir göstərir.

Xüsusilə siyasə. və iqtisadiyyatda.

Son vaxtlar Rusiya səfirliyinin normal həyatının bundan daha çox əziyyət çəkdiyini də etiraf edən, rusların Budapeştdəki səfiri, buna baxmayaraq, nikbinliklərini qoruduqlarını bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijjarto, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Avropanı çıxılmaz vəziyyətə saldığını bildirmişdi.

Ağasəf Babayev