Avtomobillərlə bağlı yeni qərar nələrə səbəb olacaq? - NƏQLİYYAT EKSPERTİ DANIŞDI

30 Mart 2023 12:35 (UTC+04:00)

“Fikrimcə, yaşı 10-dan yuxarı olan avtomobillərin Azərbaycana idxalının dayandırılması barədə qərarın verilməsi pis bir qərar deyil”. Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat-eksperti Aqil Rəhimov bildirib.

O qeyd edib ki, bu qərar Azərbaycanda köhnə yollarda köhnə maşınların azalmasına xidmət edəcək: “Ona görə ki, respublikamıza çoxlu sayda köhnə maşınlar gətirilir və bunun nəticəsində də ətraf-mühitimiz zəhərlənir. Bu səbəbdən bu cür qərarın tətbiq olunması müsbət bir haldır. Lakin bunun mənfi cəhətidə ondan ibarətdir ki, bazarda yaşı 10-dan yuxarı olan avtomobillərin qiyməti qalxa bilər. Bu da gözlənilən bir haldır. Beləcə qərarın mənfi tərəfi bundan ibarətdir”.