Laçın yolundakı hakim yüksəkliklər nəzarətə götürülüb- MN

30 Mart 2023 09:45 (UTC+04:00)

Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.