Bakıda avtomobil qadını vurub

30 Mart 2023 09:30 (UTC+04:00)

Bakıda avtomobil qadını vuraraq öldürüb.

SİA-nın xəbərinə görə, hadisə martın 29-da paytaxtın Pirallahı-Qala avtomobil yolunun Pirallahı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Həsənov Əli Vaqif oğlu idarə etdiyi “Dacia Logan” minik markalı avtomobillə hərəkətdə olarkən piyada, 1969-cu il təvəllüdlü Eyravilova Esmira Məhəmməd qızını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.