Ebru Şallı boşanır

29 Mart 2023 23:34 (UTC+04:00)

Türkiyəli məşhur model Ebru Şallının iş adamı Uğur Akkuşla evliliyinə son verəcəyi məlum olub. SİA xəbər verir ki, Şallının ötən aylarda əri tərəfindən zorakılığa məruz qadığı iddia edilmişdi. Onlar bundan əvvəl evliliklərində böhran yaşasalar da, yenidən münasibətlərinə şans vermişdilər. Bu dəfə cütlüyün fikir ayrılıqları səbəbindən münasibətlərinin boşanma həddinə çatdıqları deyilir.