Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - YENİLƏNİB

29 Mart 2023 23:12 (UTC+04:00)

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.