“Fazil Mustafaya qarşı törədilən xain hücumun tarixi təsadüfən seçilməyib” - HAKAN AKTÜRK

29 Mart 2023 19:03 (UTC+04:00)

“Deputat Fazil Mustafaya silahlı və xain hücumda istifadə edilən “kalaşnikov” terror silahı olduğundan diqqətlə araşdırılmalı və təqib edilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, deputata olunan bu hücum bütün Azərbaycana və millətimizə qarşı törədilən çirkin terrordur: “Azərbaycan dövləti bu xain hücumun təşkilatçılarını və icraçılarını tez bir zamanda yaxalayacaq və lazımi cəzasını verəcək”.

Hakan Aktürk sözlərinə belə davam edib: “Bildiyimiz kimi, 27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu olmuşdu. Bunun ardınca Hiper marketlərdən birinə marketin önündə silahlı hücum oldu. Fazil Mustafaya qarşı törədilən xain hücumun tarixi təsadüfən seçilməyib. Dünən DTX-nın 104-cü ildönümü idi.

Hadisəni törədən bu əclaflara ən ağır şəkildə cavab veriləcək. Hadisənin baş verməsi və sonrakı vəziyyəti diqqətlə araşdırılır. Fazil Mustafa dövlət adamıdır. Azərbaycan dövlətinin bütün qurumları həssaslıqla hadisə yerində və onun ailəsinin yanındadır. Türkiyə dövləti olaraq biz də Fazil Mustafanın yanındayıq. Fazil bəyə - əziz qardaşımıza, ailəsinə, sevənlərinə və bütün Azərbaycan xalqına keçmiş olsun diləklərimi çatdırıram”.

Ayşən Vəli