“Bu günləri Ermənistan təxribat xarakterli əməlləri ilə sülh danışıqlarına getmək istəmir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov bildirib.
Onun sözlərinə görə, ermənilər Azərbaycan ərazilərini bu gün atəşə tutmaqdan əl çəkmirlər və tez-tez sərhədyanı zonalarında terror aktları törədərək, həmin ərazilərdə yaşayan insanları atəşə tuturlar: “Həmçinin Xankəndində yaşayan ermənilərə humanitar yardım adı altında orada qeyri-qanuni hərbi birləşmələrə silah-sursat daşıyır, eyni zamanda ərazilərimizə mina basdırırlar. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan tərəfi 44 günlük Vətən müharibəsindən heç bir nəticə çıxarmayıblar. Baxmayaraq ki, bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Ermənistana müəyyən təkliflər versələr də, heç bir təklifə cavab vermirlər. Ermənistan bu günləri öz mövqeyini irəli sürsə də, sabah o fikirlərini dəyişdirir bu da onu göstərir ki, Ermənistan müəyyən qüvvələrdən asılıdır. Ermənistan əhalisi bəzi dövlətlərin girovuna çevrilib. Bu da həddindən artıq sərhəddə narahatçılığın olmasına gətirib çıxardır”.