Top modelin qızı anasını kölgədə qoydu - FOTOLAR

29 Mart 2023 08:05 (UTC+04:00)

Braziliyalı top-model Alessandra Ambrosio ilə iş adamı Ceymi Mazurun qızı Anja Luiza Ambrosio Mazur böyüyüb və gözəlliyi ilə anasını kölgədə qoyub. SİA xarici mediaya istinadən xəbər verir ki, biznesmen Ceymi Mazurla uzun müddət nişanlı olan model Alessandra Ambrosionun bu münasibətdən Anja və Noah adlı iki övladı dünyaya gəlib. 2018-ci ildə 10 illik münasibətini bitirən cütlüyün qızı Anja Luiza Ambrosio Mazurun yeni fotoları yayılıb.

Ötən gün qızı ilə Lollapalooza Musiqi Festivalına yollanan Alessandra Ambrosio fotolarını sosial mediada izləyiciləri ilə bölüşüb. 14 yaşlı Anja Luiza Alessandra Ambrosioya bənzərliyi ilə diqqət çəkib. Hətta modelin izləyiciləri anasına bənzəyən qızı “Mini Alessandra” adlandırılıb və gələcəkdə onun yolu ilə gedəcəyini qeyd ediblər.