Azərbaycanlı bloger izləyicilərindən birini sevindirib - FOTO

29 Mart 2023 03:07 (UTC+04:00)

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov izləyicilərindən birini sevindirib. SİA xəbər verir ki, azərbaycanlı bloger Hüseyn Həsənov şəxsi instaqram səhifəsində izləyiciləri arasında yarış keçirib. Bloger keçirdiyi yarışın qalibinə 30 milyon rubl (təxminən 663 000 AZN) dəyərində bahalı avtomobil hədiyyə edib.

Yarışın qalibi olan izləyici avtomobil əvəzinə onun pulunu istəyib. Bu barədə Hüseyn sosial şəbəkə hesabında foto paylaşaraq məlumat verib.