“British Airways” onlarla uçuşu ləğv edəcək

29 Mart 2023 05:23 (UTC+04:00)

Böyük Britaniyada "Unite” həmkarlar ittifaqının üzvü olan Hitrou hava limanında çalışan 1 400 təhlükəsizlik işçisi maaş artımı tələbinə görə tətil edəcək. SİA xəbər verir ki, tətil martın 31-də başlayacaq və aprelin 9-da, Pasxa bayramında başa çatacaq. Bu müddət ərzində "British Airways” gündəlik 32 uçuşu ləğv edəcək.

Həmin reyslərin sərnişinləri 24 saat ərzində alternativ reyslərə yönləndiriləcəklər və ya bilet pulları tam olaraq geri qaytarılacaq.