Kanada Ukraynaya kredit ayırmağı planlaşdırır

29 Mart 2023 03:26 (UTC+04:00)

Kanada hökuməti 2023-cü ildə Beynəlxalq Valyuta Fondu vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,76 milyard ABŞ dolları) məbləğində kredit vermək niyyətindədir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə növbəti maliyyə ili üçün federal büdcə layihəsində deyilir.

2023-cü ilin büdcəsində Ukrayna üçün BVF-nin idarə etdiyi hesab vasitəsilə əlavə 2,4 milyard dollar kredit nəzərdə tutulub.