Məşhurların eşq yaşaması şou-biznes gündəminə düşüb

29 Mart 2023 03:50 (UTC+04:00)

“Yeşilçam” serialında baş rolları paylaşan türkiyəli məşhurlar Afra Saraçoğlu ilə Çağatay Ulusoyun eşq yaşaması barədə söz-söhbətlər şou-biznes gündəminə düşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağatay Ulusoy Duyğu Sarışınla 6 illik münasibətini yanvarda bitirib. Afra Saraçoğlu ilə eşq yaşadığı iddia edilən məşhur cütlüyə sosial şəbəkədə şərhlər bitib-tükənmir.

Afra Saraçoğlunun müsahibəsində Çağatayla aralarında müsbət enerji olduğunu deməsi bu barədə iddiaları daha da gücləndirib.

Məsələyə hələlik heç bir tərəfdən şərh bildirilməyib.