Yarımmüdafiəçiyə autizm diaqnozu qoyulub

29 Mart 2023 02:33 (UTC+04:00)

İrlandiya millisinin yarımmüdafiəçisi Ceyms Makklinə autizm diaqnozu qoyulub. SİA xəbər verir ki, bu barədə 33 yaşlı oyunçu özünün sosial şəbəkə hesabında məlumat verib.

Futbolçunun qızı Uillou-Ayviyə də autizm xəstəsidir. Futbolçunun sözlərinə görə, uşağa bənzədiyini hiss etməyə başlayandan sonra müayinədən keçmək qərarına gəlib.

Makklin 2021-ci ilin yayından “Uiqan”da oynayır. O, əvvəllər “Stok Siti”, “Vest Bromviç” və “Sanderlend”də çıxış edib. 33 yaşlı yarımmüdafiəçi İrlandiya millisində keçirdiyi 96 oyunda 11 qola imza atıb.