AVRO-2024: Türkiyə evdə, İspaniya səfərdə uduzub

29 Mart 2023 01:10 (UTC+04:00)

AVRO-2024-ün seçmə mərhələsində II tura yekun vurulub. SİA-nın məlumatına görə, üç qrupda ümumilikdə 7 oyun keçirilib.

Günün ilk matçında Gürcüstan doğma meydanda Norveçlə heç-heçə edib - 1:1.

İlk turda səfərdə Ermənistana qalib gələn Türkiyə millisi yer aldığı D qrupunda bu dəfə Xorvatiyanı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

A qrupunda seçmə mərhələyə qələbə ilə başlayan İspaniya ilə Şotlandiya ikincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Şotlandiyalılar rəqibini 2 cavabsız qolla üstələyib.

I qrupunun favoriti İsveçrə isə öz meydanında İsraili darmadağın edib - 3:0.

AVRO-2024, seçmə mərhələ

II tur

28 mart

A qrupu

20:00. Gürcüstan - Norveç - 1:1
Qollar: Jorj Mikautadze, 61 - Aleksander Sörlot, 15

22:45. Şotlandiya - İspaniya - 2:0
Qollar: Skott Maktominey, 7; 51

Xal durumu: Şotlandiya - 6. İspaniya - 3, Norveç - 1, Gürcüstan - 1 (1 oyuna), Kipr - 0 (1 oyuna)

D qrupu

22:45. Türkiyə - Xorvatiya - 0:2
Qollar: Mateo Kovaçiç, 20; 45+4

22:45. Uels - Latviya - 1:0
Qol: Kiffer Mur, 41

Xal durumu: Uels - 4, Xorvatiya – 4, Türkiyə - 3, Ermənistan - 0 (1 oyuna), Latviya - 0 (1 oyuna)

I qrupu

22:45. İsveçrə - İsrail - 3:0
Qollar: Ruben Varqas, 39. Zeki Amduni, 48. Silvan Vidmer, 52

22:45. Rumıniya – Belarus - 2:1
Qollar: Nikolae Stançu, 17. Andrey Burke, 19 - Vladislav Morozov, 86

22:45. Kosovo – Andorra - 1:1
Qollar: Edon Jeqrova, 59 - Albert Rosas, 61

Xal durumu: İsveçrə - 6, Rumıniya – 6. Kosovo – 2, Andorra - 1, İsrail – 1. Belarus - 0.