Eyfel qülləsi ziyarətçilərin üzünə bağlandı

29 Mart 2023 01:09 (UTC+04:00)

Fransada pensiya islahatları ilə əlaqədar ümummilli tətilə görə Eyfel qülləsi ziyarətçiləri qəbul etməyi dayandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə paytaxt rəhbərliyindən bildirilib.

“Ümummilli tətilə görə, Eyfel qülləsi hazırda bağlıdır”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, bir gün əvvəl Luvr muzeyi işçilərin tətili səbəbindən ictimaiyyət üçün bağlanmışdı. Fransada pensiya yaşının artırılmasına qarşı ölkənin hər yerində nümayişlər keçirilir. Yeni qanuna əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq.