Millət vəkilindən həmkarına qarşı silahlı hücuma SƏRT REAKSİYA

29 Mart 2023 00:31 (UTC+04:00)

Bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd törədilib. SİA-nın verdiyi məlumata görə, hadisə deputatın yaşadığı Sabunçu rayon Zabrat qəsəbəsindəki evinin qarşısında baş verib.

Məsələyə ictimai münasibət də sərt olub və cinayətkarın, yaxud cinayətkarların tutulub ən ağır şəkildə cəzalandırılmasını tələb ediblər. Məsələyə deputat Aydın Hüseynovun da reaksiyası sərt olub. O bildirib ki, deputat Fazil Mustafaya qarşı törədilən sui-qəsd qəti şəkildə pislənilməli, cinayətdə əli olanlar qanun qarşısında ən sərt formada cəzalandırılmalıdırlar.

A.Hüseynov deputat həmkarına şəfalar diləyib, tezliklə sağalmağı və Milli Məclisdə, ölkənin ictimai-siyasi həyatında fəaliyyətini davam etdirməyi arzu edib.