"Fazil Mustafanın hansısa özəl xəstəxanaya köçürülməsi planlaşdırılmır” - Deputatın qardaşı oğlu

29 Mart 2023 00:43 (UTC+04:00)

Fazil Mustafa əməliyyatdan çıxıb. SİA xəbər verir ki, bu barədə onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib.

O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”.