“Fazil Mustafanın güllələnməsi terror aktı və silahlı basqındır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

29 Mart 2023 00:43 (UTC+04:00)

“Hüquq-mühafizə orqanları məsələni araşdırır. Bütün hallarda görünən odur ki, deputat Fazil Mustafanın güllələnməsi terror aktı və silahlı basqındır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, basqının kimlər tərəfindən törədilməsi məsələsində tələsməməliyik: “Hüquq-mühafizə orqanları məsələni tam dəqiq araşdırmalıdır. Bundan sonra cəmiyyətə məlumat veriləcək. Əminəm ki, ən qısa zamanda hadisəni törədənlər öz layiqli cəzasını alacaq”.

Deputat sözlərinə belə davam edib: “Allah, Fazil Mustafaya şəfa versin. Arzumuz odur ki, o tezliklə sağlamlığına qovuşsun. Digər məsələlər zamanla yoluna düşəcək. Bu kimi addımlar dövlətimizin gücünü azalda və Azərbaycanın həyata keçirdiyi siyasətin qarşısını ala bilməz. Allah dövlətimizi, ölkəmizi və xalqımızı qorusun”.

Ayşən Vəli