Fazil Mustafanın əməliyyatı uğurla keçib

29 Mart 2023 00:39 (UTC+04:00)

Fazil Mustafanın vəziyyəti yaxşıdır, əməliyyatı uğurla keçib. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

O qeyd edib ki, əməliyyatdan sonra Fazil Mustafa özünə gəlib. Deputat qeyd edib ki, onun təhlükəsizliyi yüksək səviyyədə təmin edilir.