"Hadisə ilə bağlı dövlət tərəfindən ciddi tədbirlər həyata keçiriləcək" - Adil Əliyev

29 Mart 2023 00:30 (UTC+04:00)

“Hadisə araşdırılır. İstintaq qrupu yaradılıb”. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

“Cinayətkarlar yaxalanmadan hər hansı bir iddia irəli sürmək doğru olmaz. Yaxın zamanlarda aidiyyatlı qurumlar tərəfindən ictimaiyyətə açıqlanacaq. İndidən bu hadisəni kimin və ya hansı qüvvənin törətdiyini demək yanlışdır” – siyasətçi bildirib.

Onun sözlərinə görə, dövlətin aidiyyəti qurumları faktla bağlı araşdırmalara başlayıblar: “Hesab edirəm ki, bu ağır terror hadisəsidir. Deputata qarşçı bu cür hadisənin baş verməsi dövlət təhlükəsizliyi məsələsidir. Tam arxayın ola bilərsiniz ki, bu hadisə ilə bağlı dövlət tərəfindən ciddi tədbirlər həyata keçiriləcək”.

O qeyd edib ki, daxili nizamnaməyə əsasən millət vəkilləri mühafizəçilərlə təmin olunmurlar: “Millət vəkilləri əgər istəyirlərsə, silahla təmin oluna bilərlər. Hesab edirəm ki, Azərbaycanda ciddi olaylar olmadığı üçün deputatlar silahdan istifadə üçün müraciət etməyiblər”.