Gürcüstan millisi “Avro-2024” seçmə mərhələsində Norveçlə heç-heçə edib

29 Mart 2023 00:17 (UTC+04:00)

Bu gün futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində Gürcüstan millisi ilk oyununu Norveç komandasına qarşı keçirib. SİA xəbər verir ki, A qrupunda yarışan komandalar “Batumi-Arena”da üz-üzə gəliblər. Oyun 1:1 hesabı ilə başa çatıb.