İsraildəki etirazları kim maliyyələşdirir?

29 Mart 2023 00:06 (UTC+04:00)

İsrailin baş nazirinin yaxın gələcəkdə Vaşinqtona səfər etmək planı yoxdur. Amma belə bir ehtimal da istisna edilmir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ağ Evin mətbuat katibinin müavini Oliviya Dalton İsrailin baş naziri Binyamin Netanyahunun hazırda səfər planlaşdırmadığını bildirib.

Eyni zamanda, o, belə bir səfəri istisna etmədiyini də bildirib. Çünki İsrail hökumətləri başçılarının Vaşinqtona səfər ənənəsi mövcuddur.

Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lər ABŞ prezidenti Cozef Baydenin tezliklə Netanyahunu qəbul edəcəyi barədə məlumat yayıb.

Xatırladaq ki, “The Times of Israel”in məlumatlı mənbələrlə danışan versiyasına görə, İsrail müxalifətinin etirazları Bayden administrasiyası tərəfindən maliyyələşdirilir.

Yeri gəlmişkən, qəzetin həmsöhbətləri öz arqumentlərini belə etiraz aksiyalarının keçirilməsinin dəyərinin yüz milyonlarla dolları ötməsi ilə gücləndiriblər.

Nəşr onu da qeyd edib ki, Netanyahunun baş nazir seçilməsi ABŞ və İsrail arasında münasibətləri xeyli pisləşdirib. Belə ki,, İsrail baş nazirinin hələ də Vaşinqtondan dəvət almaması məhz buna işarə olduğu bildirilir.

Ağasəf Babayev