Sergey Ryabkov “cavab tədbirləri görəcəyik” deyib...

29 Mart 2023 00:01 (UTC+04:00)

ABŞ Qara dəniz üzərində pilotsuz təyyarələrin kəşfiyyat uçuşlarını davam etdirəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə martın 28-də ABŞ Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə məlumat verilib, Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

Müdafiə nazirinin sözlərinə görə, pilotsuz təyyarələr Amerika tərəfinin kəşfiyyat məlumatlarının toplanması üçün zəruri hesab etdiyi marşrutlar üzrə uçacaq.

Bununla belə, Ostin ABŞ-ın “MQ-9” pilotsuz təyyarənin itdiyi ərazidə uçuşlarını davam etdirib-etdirməməsi sualına birbaşa cavab verməkdən yayınıb.

Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Birləşmiş Ştatların Qara dəniz üzərində pilotsuz təyyarələrin uçuşunu davam etdirəcəkləri təqdirdə cavab tədbirləri görəcəklərini bildirmişdi.

Xatırladaq ki, martın 14-də Rusiyanın “Su-27” təyyarəsi Qara dəniz üzərində Amerikanın “MQ-9” pilotsuz təyyarəsi ilə toqquşmuşdu(?).

Ağasəf Babayev