Milli Məclisin deputatı Fazil Mustafa güllələnib

28 Mart 2023 22:28 (UTC+04:00)

Milli Məclisin deputatı Fazil Mustafa güllələnib. SİA-nın xəbərinə görə, hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, hadisəni törədən şəxs və şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri başlayıb.

Hadisə ilə bağlı rəsmi məlumat veriləcək.