Çində soyuducu anbarda baş verən yanğında 11 nəfər ölüb

28 Mart 2023 21:32 (UTC+04:00)

Çinin Hebey vilayətində fəaliyyətini dayandırmış soyuducu anbarda baş vermiş yanğın nəticəsində azı 11 nəfər ölüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə martın 27-də günortadan sonra Çancou şəhərinin Çansian rayonunda baş verib. Anbarda söküntü işləri aparılarkən meydana gələn yanğının söndürülməsinə təxminən 8 saat vaxt gedib. Ərazidən 11 nəfərin meyiti aşkarlanıb.

Hazırda axtarış işləri davam edir.