Gündə ən azı bir fincan qəhvə içmək...

28 Mart 2023 20:45 (UTC+04:00)

Gündə ən azı bir fincan qəhvə içmək daha çox hərəkətə və daha az yuxuya səbəb ola bilər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ-da aparılan son araşdırmanın nəticələri qəhvə istehlakının həm müsbət, həm də mənfi tərəflərini işıqlandırır

Tədqiqatçılar Kaliforniya ştatının San-Fransisko bölgəsindən orta yaşı 39 olan 100 sağlam yetkin insanı müşahidə ediblər.

İştirakçılar onların addımlarını və yuxularını izləyən cihazlar, qan şəkəri və ürək ritmlərinə nəzarət edən elektrokardioqramma cihazları ilə təchiz edilib.

Hər bir iştirakçıya təsadüfi olaraq iki gün ərzində istədikləri qədər qəhvə içmək, sonra iki gün ərzində deyil, iki həftə ərzində bunu təkrarlamaq tövsiyə edililib.

İştirakçıların qəhvə içdikləri günlərdə içmədikləri günlərlə müqayisədə orta hesabla 1058 addım daha çox atdıqları müşahidə edilib. Amma eyni günlərdə iştirakçılar ən azı 36 dəqiqə az yatıblar.

Araşdırmada daha çox qəhvənin özü ilə daha çox hərəkət gətirdiyi halda, yuxunun müddətini qısaltdığı ortaya çıxıb.