Etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı artıb

28 Mart 2023 18:24 (UTC+04:00)

Keniyada ötən həftədən bəri hökumət əleyhinə keçirilən nümayişlərdə ölənlərin sayı 3 nəfərə çatıb.
SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Nayrobi başda olmaqla ölkənin müxtəlif şəhərlərində keçirilən etirazlarda ölənlərin sayının artma ehtimalı da istisna edilmir.
Ölkənin ''Daily Nation'' qəzeti dünən "Qara bazar ertəsi: Bu axmaqlığa son verin!" başlığı ilə xəbər yayıb.
Bəzi etirazçıların müxalifət lideri Raila Odinqanı dəstəkləyən keçmiş prezident Uhuru Kenyattanın fermasına basqın etməsi reaksiyalara səbəb olub.
Odinqanın rəhbərlik etdiyi Azimio koalisiyası və seçkinin nəticələrinə öz etirazını bildirən nümayüşçilər keçən həftə küçələrə axışmışdı.
Müxaliflər hər bazar ertəsi və cümə axşamı nümayişləri davam etdirəcəklərini açıqladılar.