“Bu, gürcü xalqını ələ salmaqdır”

28 Mart 2023 18:14 (UTC+04:00)

Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya Norveçin Tbilisidəki səfiri Helen Sand Andersen ilə görüşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, görüş Norveç Mühafizəkarlar Partiyasının insan haqlarının təşviqinə görə mükafatının Mixail Saakaşviliyə təqdim edilməsi və norveçli diplomatın bu məsələ ilə bağlı verdiyi şərhlə görə baş tutub.

Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili, mükafatın Mixail Saakaşviliyə verilməsini gürcü xalqını ələ salmaq kimi dəyərləndirmişdi.

Maraqlıdır ki, bundan əlavə, Qaribaşvili Saakaşvilini Norveçdə 77 nəfərin ölümü ilə nəticələnən terror aktlarına görə məhkum olunmuş Anders Breyviklə müqayisə edib.

Amma Norveç səfiri bu müqayisəni “qeyri-adekvat” adlandırıb.

Beləliklə, Norveç Mühafizəkarlar Partiyasının qərarını gürcü cəmiyyətinin depolarizasiyasına töhfə vermədiyini bəyan edən Gürcüstan Xarici İşlər Nazirliyi, Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayət əməllərinin qurbanı olmuş vətəndaşlar və onların ailə üzvləri üçün təhqiramiz olduğunu bildirib.

Ağasəf Babayev