Avropada təbii qazın qiyməti 1,4% artıb

28 Mart 2023 09:39 (UTC+04:00)

Ötən gün keçirilən hərraclar bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 460 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

SİA xəbər verir ki, 27 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 463 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (456,8 dollar) ilə müqayisədə 1,4% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.