Fransada sosial media istifadəsi qadağa edildi

27 Mart 2023 17:30 (UTC+04:00)

Fransa hökuməti dövlət tərəfindən verilən xidməti smartfonlarda “TikTok”, “Twitter” və “Instagram” kimi “əyləncə” proqramlarından istifadə edilməsini qadağan edib.

Yerli medianın xəbərinə görə bu barədə Dövlət Sektorunun Transformasiyası Nazirliyi və Dövlət Xidməti “Twitter”də məlumat yayıb.

Kibertəhlükəsizliyi təmin etmək üçün xidməti telefonlarda Fransanın dövlət işçiləri əyləncə proqramlarından istifadə edə bilməyəcəklər.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qadağa yalnız dövlət tərəfindən istifadəyə verilən xidməti cihazlar üçündür.