Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin keçən həftə Belarusiyada taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan etdiyini xatırladıb.
Qərb ölkələrinin buna mənfi reaksiya verdiyini qeyd edən Peskov, "Təbii ki, bu reaksiya Rusiyanın planlarına təsir edə bilməz" deyib.
Peskov bildirib ki, Qərb ölkələri bu məsələnin üstünü örtməyə çalışır.