Fotosuna 17 milyon bəyənmə gəldi

27 Mart 2023 14:08 (UTC+04:00)

Xarici aktrisa və müğənni Selena Qomez rəngli çimərlik geyimində poza verdiyi fotosunu “İnstaqram”da yayımlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, şəkildə 30 yaşlı müğənninin çoxdan doğma tünd rənginə qayıtmasına baxmayaraq, sarışın saçları yer alıb.

“Sarışın! Yay gəlir! Qarşıda nə qədər maraqlı şeylər var”, deyə ifaçı bildirib.

Selena Qomezin paylaşımı bir neçə saat ərzində 17 milyondan çox bəyənmə toplayıb.