"Hamı bu oyunu maraqla gözləyirdi" - FUTBOLÇU ŞƏRH ETDİ

27 Mart 2023 12:58 (UTC+04:00)

"Dünən baş tutmuş"Qarabağ" - "Qalatasaray" oyunu həqiqətən maraqlı keçdi. Həm azərkeş, həm də oyunun gedişatı baxımından diqqətəlayiq bir görüş oldu". Bu sözləri SİA-ya açıqlamasında Mingəçevir Futbol Klubunun futbolçusu Roman Hüseynov deyib.

Onun sözlərinə görə, bu oyunu ölkədə "Qalatasaray" azərkeşi çox olduğuna görə hamı maraqla gözləyirdi: "Doğrudur, "Qalatasaray" güclü və kifayət qədər tanınmış rəqib olmağına baxmayaraq, məncə, "Qarabağ" daha yaxşı oynadı. Futbolun inkişafı baxımından belə oyunların tez-tez olması daha yaxşı olar. Ümid edirəm ki, Qarabağı bundan sonra daha yaxşı yerlerdə görərik".