Türkiyədə dağıntılar altından qadın meyiti çıxarılıb

27 Mart 2023 07:28 (UTC+04:00)

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 49 gün keçdikdən sonra dağıntılar altından qadın meyiti çıxarılıb. SİA xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilir ki, qadın meyiti Kahramanmaraşın Mərkəz Dulkadiroğlu rayonu İsmet Paşa küçəsində aşkar edilib. AFAD-dan bildirilib ki, hazırda ölən şəxsin kimliyi araşdırılır.