Netanyahu müdafiə nazirini vəzifəsindən azad etdi

27 Mart 2023 04:20 (UTC+04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı vəzifəsindən kənarlaşdırıb. SİA xəbər verir ki, bu barədə “Yerusalem Post” nəşri məlumat yayıb.

Qeyd edək ki, Y.Qalant martın 25-də xüsusi bəyanatla çıxış edərək, ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib.

O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.