Hollivud ulduzu bu əməlinə görə həbs olundu

27 Mart 2023 03:51 (UTC+04:00)

"Loki” serialı, "Krid” və sonuncu "Qarışqa adam” filmlərinin ulduzu Conatan Meycers Nyu Yorkda həbs olunub. Aktyor 30 yaşlı naməlum qadını boğmaqda, ona hücum etməkdə və təcavüz etməkdə ittiham olunur. SİA xəbər verir ki, ғəlumata görə, xanım məişət münaqişəsi zamanı baş və boyun nahiyəsindən yüngül xəsarətlər alıb, xəstəxanaya yerləşdirilib. Həbs zamanı Meycers hüquq-mühafizə orqanlarına müqavimət göstərməyib. Onun həmin qadınla hansı münasibətdə olduğu məlum deyil