"Tottenhem" Konteni istefaya göndərdi

27 Mart 2023 02:38 (UTC+04:00)

"Tottenhem" baş məşqçisi Antonio Konte ilə yolları ayırıb. SİA xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. Kristian Stellini mövsümün sonuna kimi komandaya baş məşqçi əvəzi təyin ediliv. Rayan Meyson isə onun köməkçisi olacaq.

"Tottenhem" Premyer Liqada 28 matçdan sonra 49 xalla 4-cü yerdədir. Klub Çempionlar Liqası və İngiltərə kubokunda bu mövsüm mübarizəni dayandırıb.

Qeyd edək ki, Konte 2021-ci ilin noyabrından "Tottenhem"i çalışdırırdı.