İtaliyada miqrant xilasetmə gəmisi saxlanılıb

27 Mart 2023 01:42 (UTC+04:00)

İtaliyanın Lampeduza adasının limanında miqrantları xilas edən və küçə rəssamı Benksi tərəfindən maliyyələşdirilən “Luiza Mişel” adlı gəmi saxlanılıb. SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, gəmi heyəti qeyri-hökumət təşkilatları tərəfindən miqrantlara yardımın yenilənmiş qaydalarını pozub. Lakin ekipaj üzvlərinə həbslə bağlı rəsmi yazılı əsaslandırma təqdim olunmayıb.

Qeyd edək ki, son 4 gün ərzində İtaliyaya dəniz yolu ilə dörd mindən çox qeyri-qanuni miqrant gəlib.