""Qarabağ"la "Qalatasaray" arasında işbirliyi olacaq"

27 Mart 2023 00:26 (UTC+04:00)

"Qarabağ"la "Qalatasaray" arasında işbirliyi olacaq. SİA xəbər verir ki, bu barədə "Qalatasaray"ın prezidenti Dursun Özbek Türkiyə mətbuatına açıqlamasında deyib. O bildirib ki, "Qarabağ"ın formaları "Qalatasaray"ın mağazalarında satışa çıxarılacaq. Ağdam təmsilçisi də eyni addımı atacaq: "Qarşıdakı həftə "Qarabağ" ilə qardaş klub lansmanımıza başlayacağıq. Mağazalarımızda "Qarabağ" formalarını satıb, "Qarabağ"ı anladacağıq. "Qarabağ"ın mağazalarında da "Qalatasaray"ın formaları satılacaq".

Qeyd edək ki, "Qarabağ"la "Qalatasaray" arasında xeyriyyə matçı İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.