"Azərbaycan bizi çox yaxşı qarşıladı"

27 Mart 2023 00:25 (UTC+04:00)

"Qalatasaray"ın futbolçusu Yunus Akgün "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri xeyriyyə görüşündən sonra fikirlərini bildirib. SİA xəbər verir ki, o deyib: "Azərbaycan qardaş ölkəmizdir. Onlar bizi çox yaxşı qarşıladılar. Çox gözəl, mübariz, mənalı matç oldu. Hər iki komandaya halal olsun. Burada bizi bir çox "Qalatasaray" azarkeşi qarşıladı. Avtobusdan düşəndə böyük sevgi gördük. Onlara da təşəkkür edirik".