Bolqarıstan Ukraynaya 2 milyard avrodan çox silah tədarük edib

27 Mart 2023 00:18 (UTC+04:00)

Bolqarıstan Ukraynaya 2 milyard 500 min avro dəyərində silah tədarük edib. SİA xəbər verir ki, bu barədə BTV kanalı məlumat yayıb.

Keçmiş baş naziri Kiril Petkov bildirib ki, Sofiya 164 gün ərzində Kiyevə 5 milyard leva (təxminən 2,5 milyard avro) dəyərində silah ötürüb.

"Avropalı tərəfdaşlarla birlikdə Ukrayna ilə həmrəy olmağımız və onlarla birlikdə işləməyimiz çox vacibdir", - deyə o vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, Bolqarıstan Ukraynanın tələb etdiyi sursat istehsalının sonrakı artımı üçün kifayət qədər yaxşı potensiala malikdir.

Bu barədə “Politico” nəşri daxili bazar üzrə Avropa komissarı Tyerri Bretona istinadən məlumat yayıb.