Makron fransızların problemlərinə biganədir.!?

27 Mart 2023 00:07 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron pensiya islahatına etiraz edən əhalinin problemlərinə biganədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri Avropa Parlamentinin Fransadan olan deputatı Tyeri Mariani deyib.

Deputatın fikrincə, bu gün Makron özü haqqında çox yüksək fikirdədir.

Marianinin sözlərinə görə, Makron bu günə qədər pensiya yaşının artırılması ilə bağlı ölkə vətəndaşlarını sakitləşdirməyə cəhd etməyib. Bunun əvəzinə, o xalqı axmaq olduğuna və onun islahatını başa düşmədiyinə görə qınayıb.

Mariani qeyd edib ki, ölkədəki kütləvi etirazlara səbəb prezident tərəfindən dəstək verilməməsidir. O, Makronun ilk prezidentlik dövründə bütün pensiya sistemini dəyişdirmək niyyətini açıqladığını da xatırladıb.

Qeyd edək ki, Fransada yanvarın sonundan pensiya islahatlarına qarşı kütləvi küçə etirazları keçirilir.

Belə ki, yanvarın 31-də üç milyona yaxın insan mitinqlərə çıxmışdı.

Onu da qeyd edək ki, baş verənlər fonunda Makronun reytinqi rekord həddə aşağı düşüb. Belə ki, rəyi soruşulanların yalnız 28 faizinin prezidentin işindən razı qaldığı bildirib.

Ağasəf Babayev